26 iyun 2016 19:00

Vasif Vəliyev: Daçiya güclü olsa da, Kəpəzi də unutmaq olmaz

Sonuncu dəfə 16 il öncə qitə miqyaslı turnirdə çıxış etmiş “Kəpəz”in heyətində hazırda əvəzedici komandada məşqçi işləyən Vasif Vəliyev də olub. Azerisport.az xəbər verir ki, sabiq müdafiəçi o vaxtkı adı ilə desək, UEFA Kubokunda “Antalyaspor”a qarşı hər iki oyunda forma geyinib.

Vəliyev “sarı-göylər”in “Daçiya” ilə matçı öncəsi klub saytına açıqlama verib: “Kəpəz”in uzun aradan sonra Avropa turnirinə vəsiqə qazanmasına hamımız sevinirik. Bu, bütün Gəncə futbolsevərlərinin uğurudur. 16 il öncə püşk komandamızın qarşısına güclü rəqib çıxarmışdı. Türklərlə oyun bizim üçün çətin keçdi. Xatırlayırsızsa, “Antalyaspor” bizdən sonra tur adlamasa da, Almaniyanın “Verder” klubunu evdə məğlub etməyi bacarmışdı. Düzdü, indi də rəqib güclüdür. “Daçiya”nın heyətində legionerlər, yığma üzvləri cəmləşib. Amma “Kəpəz”i də unutmaq olmaz. Şahin Diniyev təcrübəli məşqçidir, yaxşı komanda yaradıb. Azarkeşlərin də dəstəyi ilə komandamızın uğur qazanacağına inamımız böyükdür. Fanatlar “Antalyaspor”a qarşı Bakıdakı matçda bizi lazımınca dəstəkləmişdilər, onların dəstəyinə indi də ehtiyac var”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.