26 iyun 2016 12:30
Qəbələ fransız yarımmüdafiəçi alır
"Qəbələ" daha bir legioner futbolçu ilə müqavilə bağlamağa hazırlaşır. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin növbəti transferi fransalı yarımmüdafiəçi Baqali Dabo olacaq.
Onun son klubu "Kretey" olub. 28 yaşlı oyunçu Fransa Liqa 2-nin son mövsümündə 31 oyuna 4 qol vurub.
