26 iyun 2016 00:35

Pol Fenek: Neftçiyə qarşı ilk oyunu Bakıda keçirməyimiz daha yaxşı olardı

Maltanın "Baltsan" klubunun yarımmüdafiəçisi Pol Fenek Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyunlar ərəfəsində azerisport.az saytının suallarını cavablandırıb.

- Püşk sizi "Neftçi"yə rəqib etdi. Bu rəqiblə oyunlardan nə gözləyirsiniz?
- Fikrimcə, yaxşı oyunlar olacaq. Biz Avroliqanın hazırlığına hələ püşkatmadan öncə başlamışıq. Ola bilər ki, çox adam bizim klubu qeyri-peşəkar hesab edir. Amma biz "Neftçi" ilə oyunlara peşəkar səviyyədə və çox ciddi hazırlaşırıq. Asan oyun olmayacağını bilirik.

- Favorit hansı komandadır?
- Heç kim "Neftçi"nin favorit olduğunu deyə bilməz. Hər bir oyun ağır olur. Amma bu barədə hələ heç nə demək istəmirəm. Çünki heç ilk oyunumuz keçirilməyib.

- Bakılıları keçəcəyinizə inanırsınız?
- Bizim üçün çox vacib oyunlardır. Təbii ki, özümüzə inanırıq.

- Rəqib barədə nə bilirsiniz?
- Yaxşı komanda olduğunu bilirəm. Amma futbolçularınız barədə elə də ətraflı məlumatım yoxdur. Hər halda məşqçilərimiz rəqib barəsində məlumat toplayıb. Onla bizə lazım olan məlumatları, "Neftçi"yə qarşı necə oynamaq lazım olduğunu söyləyəcəklər.

- İlk oyunun Malta keçirilməsi sizin üçün üstünlükdür, ya rəqib üçün?
- Bunu özümüz üçün üstünlük saymıram. Səfərdə oynasaydıq, daha yaxşı olardı. Amma bütövlükdə bunun elə də böyük əhəmiyyəti yoxdur.

- Bir müddət öncə Azərbaycan və Malta yığmaları arasında keçirilmiş seçmə mərhələ oyununda siz də iştirak etmişdiniz...
- Azərbaycana qarşı yalnız Bakıdakı oyunda iştirak etdim və 0:2 hesabıyla uduzduq. Amma düşünmürəm ki, Azərbaycan yığması ilə "Neftçi" oxşar oyun sərgiləyir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.