25 iyun 2016 19:30

Zirədə yeni təyinatlar və yeni futbolçu

“Zirə” PFK rəhbərliyi klubun inkişaf etdirilməsi və istedadlı yenitetmə və gənclərin perspektivinin açılması baxımından vacib qərarlar qəbul edib. Azerisport.az xəbər verir ki, ən yaxın ehtiyat qüvvə hesab edilən U-19 komandasının və əvəzedici heyətin inkişaf etdirilməsi, əsas komanda ilə eyni sistemdə çalışması üçün bu 3 komanda vahid xətt üzrə hərəkət edəcək.

Bu məqsədlə klubda bəzi məşqçi dəyişikliyi edilib. Əsas komandanın məşqçiləri Ayxan Abbasov və Elnur Codarov müvafiq olaraq, əvəzedici heyət və U-19 komandasına baş məşqçi təyin olunub. Kamen Vasilyev əvəzedici komandanın məşqçisi kimi işini davam etdirəcək. Zaur Həşimov isə əsas komandada məşqçi vəzifəsinə təyin  olunub. Bu dəyişikliklərdən sonra U-19, əvəzedici heyət və əsas komanda baş məşqçi Adil Şükürovun rəhbərliyi ilə, ötən il onunla bərabər çalışmış məşqçilər tərəfindən hazırlaşacaqlar. Birgə fəaliyyətdə Elnur Codarovun əvəzedici heyətə, Ayxan Abbasovun da əsas komandaya yaxın olması, məşqlərdə iştirakı nəzərdə tutulub. Hər üç məşqçi Adil Şükürovun rəhbərliyi altında bu komandalarda bərabər çalışacaq.

Bu gün bununla bağlı keçirilən mətbuat konfransında jurnalistlərin diqqətinə başqa yeniliklər də çatdırılıb. Belə ki, yeni mövsümdən “qartallar”a Elvin Məmmədov kapitanlıq edəcək.

Mətbuat konfransından sonra isə komandanın mətbuat üçün açıq məşqi baş tutdu. Məşqdən öncə “qartallar”ın yeni üzvü Milan Duriç jurnalistlərə təqdim olundu. Serbiyalı yarımmüdafiəçi ilə iki illik müqavilə imzalanıb. Futbolçu ötən mövsüm Xorvatiyanın “İstra” klubunda oynayıb. Bundan əvvəl 3 il müddətində, 2013-2015-ci illərdə Serbiya təmsilçisi “Yaqodina”da çıxış edən Milan həmçinin, ölkəsində “Pekar” və Makedoniyada “Metallurq”un formasını geyinib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.