25 iyun 2016 15:00

Şəhriyar Əliyev: Kəpəzin azarkeş dəstəyinə ehtiyacı var

"Kəpəz"in müdafiəçisi Şəhriyar Əliyevin azerisport.az saytına müsahibəsi

- Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağınız Moldova "Daçiya"sı ilə ilk oyun öncəsi son sınaq matçınızda "Bakı"ya 6 cavabsız qolla qalib gəldiniz...
- Bu, yoxlama oyunu idi. Qələbə qazanmaq, komandada özünəinamı artırmaq lazım idi. Ona görə də ələ düşən bütün qol şanslarından yararlanmağa çalışdıq.

- Türkiyə toplanışından nə dərəcədə razı qaldınız?
- Toplanış çox yaxşı keçdi. Əsas odur ki, hər şey bizim istədiyimiz kimi idi. Yoxlama oyunları keçirdik, məşqçilərin tələblərini yerinə yetirməyə çalışdıq. Bu tələbləri nə dərəcədə yaxşı yerinə yetirdiyimizi isə yalnız baş məşqçi söyləyə bilər. Vaxtımız az olsa da, bundan maksimum yararlanmağa çalışdıq.

- Cəmi üç gün sonra sizi "Daçiya" ilə ilk oyun gözləyir. Bu görüşə hazırsınız?
- UEFA-nın qərarı bizim üçün yaxşı olmadı. Bakının isti havasına qısa müddətdə uyğunlaşmaq asan deyil. Ümid edirəm ki, oyun zamanı heç bir çətinlik çəkmərik.

- "Kəpəz" fanatları "Dalğa Arena"nı tam doldura biləcək?
- Azarkeşlərimiz ümidliyik. Onlar bizi bütün mövsüm ərzində dəstəkləyiblər. İnanıram ki, "Daçiya" ilə oyunda da belə olacaq. Onların dəstəyinə ehtiyacımız var.

- Püşkün nəticəsini özünüz üçün necə dəyərləndirərdiniz?
- Bizə zəif rəqib düşdüyünü deməzdim. Amma meydana çıxıb, öz oyunumuzu sərgiləyəcəyik. Hələ ki, rəqib barədə az məlumatımız var. Lakin bilirəm ki, onlar son mövsümdə çempionluğa oynayıblar və çox az qol buraxıblar.

- Moldova klubundan ehtiyatlanırsınız?
- Oyuna ciddi yanaşırıq. Avropa Liqasında asan oyun ola bilməz.

- "Qarabağ"ın futbolçusu olsanız da, "Kəpəz"də icarə əsasında çıxış edirsiniz. Niyə Ağdam klubuna qayıtmaq istəmədiniz? Ya istəmədilər?
- "Qarabağ"la daha bir illik müqaviləm var. Rəqabətdən qorxmuram. Sadəcə, "Kəpəz"də daha çox oynayıram, ona görə də buradayam. Oyun təcrübəmin çox olması mənə daha çox xoşdur.

- "Qarabağ"ın Lüksemburq "Düdelanj"ı ilə oyunlardakı şansları barədə nə düşünürsünüz?
- Rəqibi zəif komanda saymaq olmaz. Ümid edirəm ki, "Qarabağ" bu komandaya qalib gələcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.