25 iyun 2016 20:15

Qarabağ Avstriya klubuna uduzdu

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan çempionu "Qarabağ" bu gün hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Ağdam klubu yerli "Vakker" komandası ilə qarşılaşıb.

Görüş Avstriya təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Yoxlama oyunu
25 iyun

"Qarabağ" - "Vakker" - 0:1 (0:1)

"Qarabağ": 12. Şahruddin Məhəmmədəliyev, 32. Elvin Yunuszadə, 18. İlqar Qurbanov, 23. Elgün Uluxanov, 33. Eltun Turabov, 34. Salman Cəfərov, 15. Rahid Əmurquliyev, 67. Əlhərbi Əl Jadeuyi, 77. Cavid Tağıyev, 22. Əfran İsmayılov, 11. Mahir Mədətov.
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 55. Bədavi Hüseynov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 21. Arif Daşdəmirov, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 99. Dani Kintana, 8. Migel Madera, 9. Reynaldo Silva, 10. Muarem Muarem.
"Vakker": 1. Qrünvald Paskal, 3. Pişler Harald, 7. Hauser Aleksander, 9. Pişlman Tomas, 10. Samuel Yurgen, 11. Roman Kerşbaum, 16. Freytag Xristof, 17. Şimpelsberger Mişel, 18. Yamniq Floriyan, 20. Baumqartner Dominik, 33. Holnşteyn Klaudio.
Ehtiyat oyunçular: 5. Lerşer Mişel, 6. Kobleder Xristof, 8.Hölzl Andres, 14. Augustin Mişel, 15. Hamzik Armin, 21. Qründler Aleksandr, 22. Hesina Marko, 23. Tekir Rami, 25. vedl Lukas, 26. Pirkl Simon, 27. Veyskoff Julian, 28. Siller Sebastian, 31. Kalinoviç Hisel, 77. Rieman Aleksandr

Oyun başladı.
5. Qarşılama start götürən kimi Kössen qəsəbəsində güclü yağış da başladı.
13. Oyunun ilk təhlükəli epizodunu "Qarabağ" yaratdı. Salman Cəfərov iki dəfə təhlükəli həmlə etsə də, top qapıya getmədi.
18. Şahruddin Məhəmmədəliyev rəqibin cərimə zərbəsini çətinlik çəkmədən dəf edir.
23. İlqar Qurbanovun sağ cinahdan asmasını Mahir Mədətov baş zərbəsi ilə tamamlayır. Ancaq top qapıdan aralı keçir.
25. Rəqib ilk təhlükəli epizodunu 18 nömrəli futbolçusu Yamniq Floriyanla yaradır, ancaq Şahruddin dəqiq oynayır.
30. Yarım saatın tamamında hesab açılmayıb.
32. Rəqib cərimə zərbəsindən sonra qapıya başla zərbə endirir. Lakin top çərçivənin üzərindən keçir.
38: İlqar Qurbanov zədələnərək yerdə qalır. Həkimlər tərəfindən tibbi müdaxilə edilir.
40. "Qarabağ" Mahir Mədətovla daha bir epizod yaradır. O, sol cinahdan cərimə meydançasına daxil olaraq zərbə endirir, top qapıdan yan keçir.
41. "Vakker" hesabı açır. Yamniq Floryan topu çərçivəyə göndərir - 0:1.
İlk hissə başa çatdı.
İkinci hissə başladı.
46. "Qarabağ"ın heyətində bütün futbolçular əvəzləndi. İbrahim Şehiç, Rəşad Sadıqov, Bədavi Hüseynov, Arif Daşdəmirov, Maksim Medvedev, Qara Qarayev, Migel Madera, Dani Kintana, Riçard Almeyda, Muaem Muarem və Reynaldo artıq meydandadır.
57. Reynaldo sarı vərəqə alır.
67. Maksim Medvedev hesabı bərabərləşdirmək üçün şans əldə etsə də, topu istədiyi kimi ram edə bilmədi.
68. Dani Kintananın yerinə yetirdiyi cərimə zərbəsində top azacıq qapıdan aralı keçir.
70. Daninin cərimə meydançasına ötürməsi zamanı son anda rəqibin qapıçısı topa sahib çıxır.
74. Reynaldo qapıçı ilə təkbətək qalsa da, bu şansdan yararlana bilmədi.
83. Çoxgedişli kombinasiyanı Maksim Medvedev zərbəylə tamamlaya bilmədi.
86: "Qarabağ" daha bir cərimə zərbəsi yerinə yetirdi, lakin bu dəfə də hesab dəyişmir.
89. Rəşad Sadıqovun zərbəsi qapıdan yan keçir.
Matç başa çatdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.