25 iyun 2016 13:00

Rahid Əmirquliyev: Özümü yeni transfer kimi hiss etmirəm

"Qarabağ"ın yarımmüdafuəçisi Rahid Əmirquliyev artıq uzunmüddətli zədəsini tam sağaldaraq Avstriyada davam edən təlim-məşq toplanışında komandayla hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Əmirquliyev klubun rəsmi saytına açıqlamasında zədəsinin son durumu, komandanın yarımmüdafiə xəttindəki rəqabətdən və Çempionlar Liqasındakı ilk rəqibdən danışıb:

"6 aya yaxın yaşıl meydanlardan uzaq qaldım, amma indi durumum yaxşıdır. Komandayla məşqlərimi davam etdirirəm. Düzdür, yüz faiz hazır deyiləm, amma avrokuboklarda ilk oyuna qədər komandama tam gücümlə kömək etmək üçün çalışacam.

Komandaya yanvarda qoşuldum və cəmi 2-3 oyunda oynadım. Az oynamağıma baxmayaraq, daim komandayla birlikdə olmuşam. Özümü yeni transfer kimi hiss etmirəm.

"Qarabağ"ın yarımmüdafiə xəttində necə bir rəqabətin olduğu hamıya məlumdur. Belə rəqabətin olması həm mənim, həm də bu mövqedə mübarizə aparan digər futbolçular üçün yaxşıdır. Bir yer uğrunda mübarizə gedirsə, futbolçu  öz üzərində daha çox işləyir. Belə rəqabətdən heç bir problem olmaz, əksinə qazanan futbolçular olacaq. Meydana çıxıb-çıxmamağıma isə baş məşqçimiz qərar verəcək.

Çempionlar Liqasında Lüksemburqun son mövsüm "qızıl dubl" edən "Düdelanj"ıyla qarşılaşacağıq. Rəqib haqda elə də ətraflı məlumatım yoxdur. Onların heyətində çox saylı legionerlər oynadığını bilirəm. Yəqin ki, bir neçə gün sonra rəqibi təhlil edəcəyik. Avrokuboklarda ilk oyunlar həmişə çətin olur. Qarşılaşmaya ciddi hazırlaşırıq, bilirik ki, bizim üçün heç nə asan olmayacaq. Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə vəsiqə qazanaq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.