24 iyun 2016 14:45

Zaur Axundov: Onun təyinatı həm də Miltinyonun özünü ölkəmizdə yad hiss etməməsinə hesablanıb

Azerisport.az sizi Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun müsahibəsi ilə tanış edir.

- Yeni baş məşqçi Milton Luiz Ziller Junior (Miltinyo) artıq Bakıdadır və onunla görüşünüz olub. Görüşdə nəyi müzakirə etdiniz?
- Bu gün AFFA-nın baş katibi Elxan Məmmədovla baş məşqçi arasında görüş oldu.  Geniş müzakirə aparıldı və komandanın planları ilə bağlı tapşırıqlar verildi. Gələn həftənin ilk günündən etibarən məşqlərə başlayacağıq. İyulun 10-na qədər məşqlərimizi Bakı İdman Sarayında keçirəcəyik. İyulun 10-dan isə fiziki hazırlıq üzrə məşqlərimiz başlayacaq və ayın 22-dək davam edəcək.

- Biro Jadenin təyinatı ilə bağlı nə deyə bilərsiniz?
- Vaxtilə milli komandamızın formasını geyinmiş Biro Jade fiziki hazırlıq üzrə məşqçi funksiyasını yerinə yetirəcək. Biro bizim üçün yad sima deyil. O, uzun müddət yığmamızda və “Araz” klubunda çıxış edib. Yəni yığmamız və futzalımız haqda kifayət qədər məlumata sahibdir. Komandamızın oyun dəsti-xəttinə, futzalçılarımızın imkanına yaxından bələddir. Onun təyinatı həm də yeni baş məşqçinin özünü ölkəmizdə yad hiss etməməsinə hesablanıb. Çünki Miltinyo ilk dəfə Bakıda olur.

- Müqavilə hansı müddəti əhatə edir?
- Hər iki mütəxəssislə anlaşmanın müddəti 1 illikdir.

- Baş məşqçinin qarşısına konkret hansı tapşırıq qoyulub?
- Təbii ki, millinin qarşısına konkret vəzifə qoyulub. Komanda dünya çempionatının final mərhələsinə ilk dəfə yüksəlsə də, ora iştirak xatirinə yollanmayacağıq. Çətin qrupda yer alsaq da, ilkin məqsədimiz 1/8 final mərhələsinə yüksəlməkdir. Baş məşqçi ilə bu haqda söhbətimiz olub. Onun vəzifəyə yeni təyinatı, heyətdə çoxsaylı dəyişikliklərin edilməsi, hazırlıq üçün vaxtımızın az olması heç nəyi dəyişməyəcək.

- Yoxlama oyunları necə, keçiriləcəkmi?
- Bu, bizim üçün çox vacibdir. Artıq bir neçə ölkənin federasiyası ilə danışıqlar aparılır. Danışıqların nəticəsindən asılı olaraq komandamız avqustda Özbəkistanda, Qazaxıstanda və ya Belarusda həm təlim-məşq toplanışı, həm də yoxlama oyunları keçirə bilər. Sonra isə komanda Bakıya dönəcək və sentyabrın 6-na qədər hazırlıq prosesini paytaxtımızda davam etdirəcək. Ertəsi gün isə yığma Kolumbiyaya yola düşəcək.

- Heyətdə nə kimi dəyişikliklər olacaq?
- Heyətimiz 90 faiz hazırdır. Bəli, dəyişikliklər oldu, amma hələ tam komplektləşmə prosesi başa çatmayıb. Buna görə də geniş danışmaq istəmirəm. Fiziki hazırlıq üzrə məşqlər başlayana qədər bu işi də yekunlaşdıracağıq.

- Baş məşqçi həm də “Araz” klubunu çalışdıracaq?
- Bəli, Miltinyo milli komanda ilə yanaşı, “Araz” klubunun da baş məşqçisidir. Bildiyiniz kimi, ölkə çempionu “Araz” oktyabr ayında UEFA kubokunda mübarizə aparacaq. Klubun əsasını millinin üzvləri təşkil edir. Peşəkar mütəxəssisi dəvət etməkdə məqsədimiz həm millinin, həm də “Araz”ın uğur qazanmasına nail olmaqdır. (AFFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.