24 iyun 2016 11:45

Julien Ebah: Avroliqada mümkün qədər çox irəli getməyə çalışacağıq

"Kəpəz"in hücumçusu Julien Ebahın azerisport.az saytına müsahibəsi

- Bir neçə gün sonra "Kəpəz" 16 illik fasilənin ardından ilk avrokubok matçına çıxacaq. Həyəcan varmı?
- Bundan mənim də xəbərim var. Həyəcan həmişə olur. Amma biz matça yaxşı hazırlaşmışıq.

- Rəqib Moldova "Daçiya"sıdır. Bu komandanı keçə biləcəksiniz?
- İndidən bu haqda danışmaq tezdir. Hələ ilk oyun başlamayıb. Amma rəqib barədə öz fikrimi deyə bilərəm. Yaxşı komandadır. Moldova çempionatının gümüş mükafatçısıdır. Fikrimcə, bu, rəqibin gücündən xəbər verir.

- Belə çıxır ki, "Kəpəz"in mərhələ adlamaq şansı azdır?
- "Daçiya" yaxşı komandadır. Onlara qarşı oynamaq elə də asan olmayacaq. Amma şanslar bərabərdir. Hər iki komanda qələbə qazanmağa çalışacaq. Növbəti mərhələyə isə bunu daha çox istəyən komanda adlayacaq.

- İlk oyunun Bakıda keçirilməsi hansı komanda üçün üstünlükdür?
- Biz seçim imkanına malik deyilik. İlk oyun Bakıdadırsa, deməli, meydana çıxıb, öz oyunumuzu göstərməliyik. Bizim üçün bu, vacibdir. İlk oyunda çox qol vurub, qapımızı toxunulmaz saxlamalıyıq.

- "Kəpəz"in heyətinə qoşulan iki yeni legionerlə bağlı fikirləriniz necədir?
- Normal oyunçulardır. Əsas odur ki, təcrübəlidirlər və bizə kömək edə biləcəklər.

- Azarkeşlər sizdən çox şey gözləyirlər. Onlara qol sözü verə bilərsiniz?
- Azarkeşlərin dəstəyinə ehtiyacımız var. Oyun Gəncədə yox, "Dalğa Arena"da keçiriləcək. Buna baxmayaraq, onların lazım olan dəstəyi nümayiş etdirəcəyinə inanıram. Onları sevindirmək üçün əlimizdən gələni edəcəyik.

- "Kəpəz"in hədəfi nədən ibarətdir?
- Avropa Liqası hər bir futbolçu üçün önəmli turnirdir. Biz mümkün qədər irəli getməyə və azarkeşlərimizi sevindirməyə çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.