24 iyun 2016 00:50

Artim Şakiri: Qarabağ evdə 3, bəlkə də daha çox qolla qalib gələcək

"Qarabağ"ıın sabiq yarımmüdafiəçisi Artim Şakiri Ağdam klubunun UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Lüksemburq "Düdelanj"ına rəqib olmasından danışıb. Azerisport.az saytına açıqlamasında o, öncə bunları söyləyib:

"Qarabağ" son illərdə avrokuboklarda kifayət qədər uğurlu çıxış edir. Daim onların çıxışını izləməyə çalışıram. Çünki bu komanda mənim üçün xüsusi yer tutur və həmişə də belə olacaq. Özüm orada çıxış edərkən çox yaxşı münasibətlə qarşılanmışam və bilirəm ki, "Qarabağ" böyük klubdur".

"Hər bir rəqibi ciddi qəbul etmək lazımdır. Baxmayaraq ki, "Düdelanj"ın "Qarabağ" üçün xüsusi problem yaradacağını düşünmürəm. Şübhəsiz ki, ağdamlılar cütün favoritidirlər. "Qarabağ"ın həm evdə, həm də səfərdə qələbə qazanacağını düşünürəm".

"Mən hətta "Qarabağ"ın Bakıda 3:0 hesabıyla qalib gələcəyini də proqnoz verməyə hazıram. Daha böyük hesabla da qalib gəlməsi mümkündür. Lüksemburqluların səfərdə bu komandaya qol vuracağına inanmıram. Niyə belə əminliklə danışıram? Çünki "Qarabağ"ın avrokuboklarda böyük təcrübəsi var. Belə oyunlarda uğur qazanmağın yolunu bilirlər".

Şakirinin sözlərinə görə, "Qarabağ" bu mövsüm ÇL-in qrupuna çıxmağa da qadirdir: "Bu mövsüm ağdamlıların qrup mərhələsinə çıxmaq üçün əla şansı var. Fikrimcə, Qurban Qurbanov və onun komandası bu şansdan istifadə edə biləcək".

Makedoniyalı sabiq futbolçu "Qarabağ"ın güclənməsinin lazım olduğunu da vurğulayıb: "Transfer həmişə lazımdır. Hətta Avropa nəhəngi olan komandalar da öz heyətlərini daim gücləndirməyə çalışırlar. Son mövsümdə "Qarabağ"ı iki hücumçunun tərk etdiyini bilirəm. Lazım gəlsə, kluba yaxşı hücumçu tapmaqda kömək etməyə də hazıram".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.