23 iyun 2016 20:57

Neftçi afrikalılardan qisasını aldı

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Neftçi” hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, "ağ-qaralar" Afrika klublarından seçilmiş futbolçulardan ibarət “SİBM Traning Center” komandası ilə qarşılaşıb.

“Neftçi” bu oyuna aşağıdakı heyətlə çıxıb: Krşevan Santini, Jayro, Vançe Şikov, Dario Melnyak, Məqsəd İsayev, Edson Kastilyo, Rəhman Hacıyev, Elşən Abdullayev, Araz Abdullayev, Ruslan Qurbanov, Fəhmin Muradbəyli.

Ehtiyat oyunçular: Kamran İbrahimov, Elvin Bədəlov, Rahil Məmmədov, Eltun Yaqublu, Kamal Qurbanov, Murad Ağayev, Cavid İmamverdiyev, Aqşin Qurbanlı, Orxan Qurbanlı.

Qarşılaşmaya gəlincə, ilk yarının əvvəllərində vurulan iki qol "ağ-qaralar"ı fasiləyə üstün durumda çıxarıb. Matçın son dəqiqəsində isə bakılılar daha bir qola imza atıblar. Nəticədə, paytaxt klubu rəqibini darmadağınla məğlub edib.

Xatırladaq ki, "Neftçi" bir neçə gün öncə bu rəqiblə oyunda 1:2 hesablı məğlubiyyətlə üzləşmişdi.

Yoxlama oyunu
23 iyun

"Neftçi" - "SİBM Traning Center" - 3:0 (2:0)

Oyun başladı
QOOOL! 11-ci dəqiqədə Ruslan Qurbanovun ötürməsindən sonra Rəhman Hacıyev hesabı açdı - 1:0
QOOOL! 22-ci dəqiqədə Ruslan Qurbanovun ötürməsindən sonra Araz Abdullayev fərqləndi - 2:0

32-ci dəqiqədə Fəhmin Muradbəylinin əvəzinə meydana Eltun Yaqublu daxil olur
İlk hissə başa çatdı
İkinci hissə başladı
58-ci dəqiqədə Vançe Şikov, Dario Melnyak və Elşən Abdullayevin əvəzinə meydana Kamal Qurbanov, Rahil Məmmədov və Cavid İmamaverdiyev daxil olur
66-cı dəqiqədə Məqsəd İsayevin zərbəsindən sonra top qapı dirəyinə tuş gəldi. Bundan 1 dəqiqə əvvəl isə Məqsədin qol vurmasına rəqib qapıçı mane olmuşdu
69-cu dəqiqədə Məqsəd İsayevi Ömər Buludov, Rəhman Hacıyevi isə Murad Ağayev əvəzləyir
75-ci dəqiqədə qapıçı Krşevan Santini rəqib komandanın cərimə zərbəsindən vurduğu topu zərərsizləşdirdi. Elvin Bədəlov Jaironun əvəzinə meydana daxil oldu
78-ci dəqiqədə Edson Kastilyonu Orxan Qurbanlı, Ruslan Qurbanovu isə Aqşin Qurbanlı əvəzlədi
QOOOL! 90-cı dəqiqədə Araz Abdullayev cərimə zərbəsindən gözəl qola imza atdı - 3:0
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.