23 iyun 2016 19:10
Xorvatiyalı qapıçı Neftçidə!
“Neftçi” xorvatiyalı qapıçı Krşevan Santini ilə müqavilə bağlayıb. Azerisport.az xəbər verir ki, peşəkar karyerasına Xorvatiyanın “Zadar” klubunda başlamış qapıçı daha sonra “Seqesta”, “Moslavina”, “İnter” (Zapreşiç) kimi klubların formasını geyinib.
2013-2015-ci illərdə Ukraynada legioner həyatı yaşamış qapıçı “Zarya” klubunun şərəfini qoruyub. Krşevan Santini son olaraq Kiprin “Enosis” klubunda çıxış edib.
