23 iyun 2016 19:00
Məhəmməd Mirzəbəyov: Qəbələni necə dayandıracağını Samtredia düşünsün
"Qəbələ"nin müdafiəçisi Məhəmməd Mirzəbəyov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Samtredia"sına qarşı keçirəcəkləri oyunlar öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, ötən gün qonşu ölkədə yerli "Sioni" üzərində qazandıqları 4:0 hesablı qələbəni də şərh edib:
"Yaxşı oynadıq. Rəqib qapısı önündə xeyli qol vəziyyəti yaratdıq və onların bir neçəsini qola çevirdik. Amma daha çox qol vura bilərdik. "Samtredia" ilə oyunlar öncəsi bütün kartlarımızı açdıq? Biz meydanda öz oyunumuzu göstərdik. "Qəbələ"ni necə dayandıracaqlarını qoy onlar düşünsünlər".
