23 iyun 2016 18:40
Zirədən ikinci legioner transferi
“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda mövsümlərarası fasilədə 2-ci legionerlə anlaşıb.
Yerli futbolsevərlərə də yaxşı tanış olan Yasin Həmidlə üç illik müqavilə imzalanıb. Yasin ötən mövsüm “Rəvan”dakı çıxışı ilə diqqət mərkəzinə düşmüşdü.
Universal futbolçu ölkəmizə Ukraynadan gəlib. Misir əsilli Yasin Həmid “Xarkov”un yetirmısidir. Həmçinin, “Metallurq” və “Stal” klublarında çıxış edib. 23 yaşlı Yasin Ukraynanın U-19 yığmasında da forma geyinmək şansı qazanıb.
