23 iyun 2016 18:20
Ramil Həsənov: Ola bilər ki, Qəbələ məni də əsas heyət üçün sifariş etsin
"Qəbələ"nin hücumçusu Ramil Həsənov Gürcüstandakı təlim-məşq toplanışını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yəqin ki, Roman Qriqorçuk mənim Ukrayna "Tavriya"sında oynadığımı bilir. Əsas komandaya dəvət almaq üçün əvəzedici heyətdə əlimdən gələni edirdim. Hazırda da əsas komandanın Gürcüstandakı təlim-məşq toplanışındayam. Əsas komandada hələ ki, hücumçu çatışmazlığı var. Ola bilsin ki, məni də əsas heyət üçün sifariş etsinlər. "Dila"ya qarşı ilk yoxlama oyununda mən də oynadım. İkinci hissədə meydana çıxaraq qol da vurdum. Buna görə çox şadam. Komanda Avropa Liqasına ciddi hazırlaşır".
