23 iyun 2016 17:40
Prosineçki AÇ-2016-nı tərk etdi
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın keçirildiyi Fransanı tərk edib. Azerisport.az xəbər verir ki, o, qitə birinciliyində çıxış edən millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin - Almaniya, Çexiya və Şimali İrlandiyanın oyunlarını izləməyə yollanmışdı.
Xorvatiyalı mütəxəssis qrup mərhələsində bu komandaların iştirak etdiyi dörd oyun izləyib. Prosineçki ötən gün vətəninə yollanıb.
