23 iyun 2016 17:00

Emin İmaməliyev: İnanıram ki, ilk dəfə dörd klubumuzun hamısı mərhələ adlayacaq

Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Emin İmaməliyevin azerisport.az saytına müsahibəsi

- Avrokubokların püşkünü klublarımız üçün nə dərəcədə düşərli hesab edirsiniz?
- Uğurlu saymaq olar. Dörd klubumuzun hamısı növbəti mərhələyə adlaya bilər. Belə şans indiyə kimi ələ düşməmişdi. Futbolumuzun indiki durumunu nəzərə alsaq, dörd klubumuzun hamısının mərhələ adlaması çox əla olardı. İnanıram ki, ilk dəfə belə bir uğura imza atacağıq və dörd klubumuzun hamısı mərhələ adlayacaq.

- Klublarımızdan hansının şansı daha az görünür?
- İndi bu barədə nəsə söyləmək çətindir. Komandaların heyətində dəyişiklik olub. Xüsusilə də "Neftçi"də, "Qəbələ"də, "Kəpəz"də. Onların ilk oyunlarında necə təsir bağışlayacağına baxmaq lazımdır. Amma bütövlükdə, bütün rəqiblər klublarımızın dişinə görədir.

- Sizə elə gəlmir ki, "Qəbələ" son mövsümlə müqayisədə indi zəifləyib?
- Əslində, Gürcüstandakı yoxlama oyunlarında Roman Qriqorçukun komandası çox yaxşı təsir bağışlayır. "Samtredia" ilə rəsmi oyunun necə olacağını gözləmək lazımdır. Əvvəllər Gürcüstan klubunu avrokuboklarda görməmişəm. Amma Gürcüstan təmsilçisidir, bunun özü hər şeyi deyir. Əminəm ki, bütün gürcü klubları kimi, "Samtredia" da əla texnikaya malik futbolçulardan təşkil olunub. Ötən mövsüm "Qəbələ" Tiflis "Dinamo"sunu keçəndən sonra böyük uğurlar qazandı. Bu dəfə də gürcüləri mübarizədən kənarlaşdırsalar, uğurlu davamı olacaq.

- Təmsilçilərimizdən ən az "Kəpəz"in bəxtinin gətirdiyi iddia olunur...
- "Daçiya" zəif komanda deyil. Amma püşkün nəticəsi ondan da pis ola bilərdi. Gəncə uzun müddətdir avrokuboklarsız qalmışdı. Ümid edirəm ki, "Kəpəz"in qitə səhnəsinə qayıdışı uğurlu olacaq.

- Amma Moldova klubları ilə oyunlar təmsilçilərimiz üçün əksər vaxt uğursuz alınıb...
- Elədir. Üstəlik, "Kəpəz"in avrokubok təcrübəsi də azdır. Amma ümid edirəm ki, bu, uğur qazanmaq üçün problem yaratmayacaq. Azərbaycan klubları son illərdə az uğur qazanmayıblar. Niyə də "Kəpəz" onu təkrarlamasın?

- "Neftçi"nin Malta "Baltsan"ı ilə oyundakı şansları barədə nə düşünürsünüz?
- Bakılılar rəqibi düzgün qiymətləndirməsələr, problem olacaq. "Neftçi" cütün favoritidir. Amma bu, sadəcə, oyun başlayana qədər elə olur. Yarı güclə indi Malta klubunu da keçmək mümkün deyil. Ona görə də tam güclərini sərf etməlidirlər.

- "Qarabağ"ın Lüksemburq "Düdelanj"ı ilə oyunlarda problem yaşamayacağına yəqin ki, əminsiniz...
- Ağdam klubu mərhələ adlamağa borcludur. Onlar indi elə bir səviyyəyə yüksəliblər ki, tələblər də artıb. "Düdelanj"ı asanlıqla keçmək olar. Amma bu, məsuliyyət hissini azaltmamalıdır. Bu komandadan yeni mövsümdə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq gözlənilir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.