Yay Futbol Düşərgəsində 3-cü mərhələ də start götürdü
"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi və "Azərikimya" İstehsalat Birliyinin dəstəyi, "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün keçirilən "Yay Futbol Düşərgəsi" layihəsinin 3-cü qrupuna da start verilib. Azerisport.az xəbər verir ki, layihənin bu mərhələsində 1, 5, 9, 11, 15, 16, 21, 23, 38, Təvəkkür və İstedad liseyinin şagirdləri iştirak edib.
İyunun 16-da start götürən layihə 9 gün müddətində 3 qrup üzrə keçirilir. Ümumilikdə, layihədə Sumqayıtda yerləşən 52 məktəb və liseyin tədris ilində fərqlənən 100-dən artıq oğlan və qız şagirdi iştirak edəcək.
Xatırladaq ki, "Sumqayıt" FK məhz "Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu ilə ötən il də "Yay Futbol Düşərgəsi" layihəsi keçirmişdi.




























