23 iyun 2016 16:20
Zirə albaniyalı futbolçu ilə müqavilə imzaladı
Premyer Liqanın növbəti mövsümünə hazırlaşan “Zirə” artıq məşqlərə start verib. Azerisport.az xəbər verir ki, komanda toplanışa Zirə İdman Kompleksində başlayıb.
“Qartallar”ın heyətində daha bir yenilik var. “Zirə” albaniyalı yarımmüdafiəçi Gerhard Proqni ilə müqavilə imzalayıb. Ölkəsinin “Şkenderbeu” klubundan gələn 29 yaşlı futbolçu ilə iki illik anlaşmaya imza atılıb.
Gerhard Albaniyanın U-19 və U-21 yığmalarının formasını geyinib.
