"Qəbələnin qrup mərhələsində oynaması faktı bizi qorxutmur"
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə qarşılaşacaq Gürcüstanın "Samtredia" klubunun icraçı direktoru Paata Şalamberidze bu oyunlar öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çox yaxşı komandanız var. Amma buna baxmayaraq, şansların bərabər olduğunu düşünürəm. "Qəbələ"nin ötən mövsüm Avroliqanın qrup mərhələsində oynaması faktı bizi qorxutmur. Düzdür, bizi çoxdandır avrokuboklarda qrup mərhələsi səviyyəsində oynamırıq. Amma bu, şansımızın az olduğuna dəlalət etmir.
Gürcüstan və Azərbaycan klubları arasında əvvəlki mövsümlərdə baş verən futboldankənar hadisələrə gəlincə, bu dəfə onlardan qaçmaq üçün əlimizdən gələni edəcəyik. İnsidentlərdən uzaq durmaq lazımdır. Biz sadəcə, futbol oynamaq istəyirik".
