23 iyun 2016 14:20
Qəbələnin rəqibi Rumıniya klubunu darmadağın etdi
Avropa Liqasının birinci təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan Gürcüstanın "Samtredia" klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda Rumıniya "Dinamo"su ilə qarşılaşıb.
Gürcülər Buxarest təmsilçisinə divan tutublar. Belə ki, "Qəbələ"nin rəqibi 5:1 hesablı darmadağına sevinib.
