23 iyun 2016 13:30
Kəpəz Daçiya ilə oyuna bilet satışını iki şəhərdə təşkil edəcək
"Kəpəz" Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Moldova "Daçiya"sı ilə ev oyununa bilet satışına başlayır. Azerisport.az xəbər verir ki, Gəncə klubu "Dalğa Arena"da keçiriləcək oyuna biletlərin satışını iki şəhərdə təşkil edəcək.
Belə ki, "Kəpəz" fanatları biletləri həm Bakıda, həm də Gəncədə əldə edə biləcək. Biletlərin qiymətinə gəlincə, adi yerlərə 1, VİP yerlərə isə 5 manat xərcə düşmək lazımdır.
Qeyd edək ki, "Kəpəz" - "Daçiya" matçı iyunun 28-də 6500 azarkeş tutumu olan "Dalğa Arena"da keçiriləcək. Matç saat 20:00-da start götürəcək.
