23 iyun 2016 12:45
Rüfət Dadaşov: Şimali İrlandiya futbolda elə də güclü deyil
Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşov Şimali İrlandiya millisinin AÇ-2016-dakı çıxışından danışıb. Azerisport.az saytına açıqlamasında o, bu komandanın 1/8 finala vəsiqə qazanmasını belə şərh edib:
"Üç il öncə biz seçmə mərhələdə onları 2:0 hesabıyla məğlub etmişdik. O zaman qollardan birini mən vurmuşdum. O dövrdən bəri bu komandada ciddi heç nə dəyişməyib. Sadəcə, yaxşı komandadır, futbolçuları da nəyi necə edəcəklərini yaxşı bilirlər. Şimali İrlandiya futbolda elə də güclü deyil, amma ciddi oynayırlar, qələbə üçün əllərindən gələni edirlər. Uduzmamağa çalışırlar. Futbolda şans həmişə lazımdır, bəxt vacibdir. Şimali İrlandiyanın uğurlarında da bu amillər az rol oynamır".
