23 iyun 2016 11:30

Rəşad Eyyubov: Favorit barədə ilk oyundan sonra danışmaq olar

"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Eyyubovun azerisport.az saytına müsahibəsi

- Avropa Liqasının püşkünü klubunuz üçün necə dəyərləndirərdiniz?
- Normal. Fikrimcə, bizə zəif komanda düşməyib. Bizi "Samtredia" ilə iki maraqlı oyun gözləyir. Bu mərhələdə belə rəqiblə üz-üzə gəlmək tam normaldır.

- Ötən mövsüm Avroliqaya Tiflis "Dinamo"su ilə başladınız, bu mövsüm "Samtredia" ilə...
- Bu ki yaxşıdır. Uzağa getmirik. Həm də rəqib barədə informasiya tapmaq üçün çətinlik olmur.

- Razısınız ki, ötən mövsüm Avroliqanın qrup mərhələsinə vəsiqə qazanan heyət indikindən daha güclü idi?
- Bununla razılaşmıram. Bizim indi də normal heyətimiz var. Yeni gələn oyunçular da klubun iddialarına tam cavab verirlər.

- "Qəbələ" cütün favoritidir?
- Fikrimcə, ilk mərhələdə favorit yoxdur. Yalnız ilk oyundan sonra favorit barədə danışmaq olar. İndi çox tezdir.

- İlk oyunu evdə keçirməyiniz sizin üçün üstünlükdür, ya rəqib üçün?
- İlk oyunda "Samtredia"nı 5:0 hesabıyla məğlub etsək, ilk oyunu evdə keçirməyimizi bizim üçün üstünlük saymar olar (gülür). Ev oyununda qol buraxmamaq çox vacibdir.

- "Qəbələ" cəmi 16 futbolçu sifariş edib...
- Nəzərə alsaq ki, meydana cəmi 11 futbolçu çıxacaq, bu, elə də pis deyil. 12 oyunçu da sifariş etmək olar (gülür).

- Gürcüstan toplanışında keçirdiyiniz yerli "Dila" ilə oyunda (2:0) meydanda olsanız da, ötən gün "Sioni"yə qarşı oynamadınız (4:0).
- Allergiya səbəbindən gecəni xəstəxanada keçirmişəm. Oyunu da buna görə buraxdım. Amma bu qələbə bizi yanıltmamalıdı. Hədəfimiz 30 iyunda keçiriləcək oyuna hazır olmaqdır. Çünki yoxlama oyunları rəsmi matçlardan çox fərqlənir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.