Aleksey Savinov: Daçiya Kəpəzlə matçın favoritidir
"Bakı"nın sabiq moldovalı futbolçusu Aleksey Savinov vaxtilə şərəfini qoruduğu ölkəsinin "Daçiya" klubunun Avropa Liqasının birinci təsnifat mərhələsində "Kəpəz"ə rəqib olmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kəpəz"ə, baş məşqçisi Şahin Diniyevə hörmətlə yanaşıram, amma favorit Moldova klubudur. "Daçiya" mərhələ keçməyə sadəcə, borcludur. Şanslar da 80-nin 20-yə həmyerlilərimin xeyrinədir. "Daçiya"nın uğursuzluğu faciə olar. Komandanın heyətində yaxşı futbolçular var. Kişinyovda keçiriləcək oyunu izləməyə hazırlaşıram. Azərbaycan klublarını tez-tez izləyirəm, qələbələrini arzulayıram. Amma bu oyunda "Daçiya"ya azarkeşlik edəcəyəm. "Daçiya"dan mənimlə heç kim əlaqə saxlamayıb. Gəncə klubuna da kömək etməyə hazırlaşmıram. Bu, düzgün olmazdı".
