22 iyun 2016 17:40

Ruslan Qurbanov: Neftçini indidən növbəti mərhələdə hesab edənlər bərk yanılırlar

"Neftçi"nin hücumçusu Ruslan Qurbanovun azerisport.az saytına müsahibəsi

- Türkiyədəki ilk yoxlama oyununda afrikalı futbolçulara uduzdunuz. Öncə bu oyun barədə fikirlərinizi bilək...
- Bu, yoxlama oyunu idi. Əsas məqsəd qələbə qazanmaq yox, futbolçuları iş başında görmək, səhvləri aşkarlayıb, onlardan nəticə çıxarmaq idi. Rəsmi oyunlara ciddi hazırlaşmalıyıq. Toplanışımız çox yaxşı keçir.

- Müşahidə Şurasının sədri Çingiz Abdullayevin Antalya toplanışını izləməyə gəlməsi sizin üçün stimuldur?
- Şadıq ki, rəhbərlik də yanımızdadır, toplanışı izləyir. Əlbəttə, bu, bizim üçün əlavə stimuldur.

- Yeni transferləriniz barədə nə düşünürsünüz?
- Klub onları heyətə cəlb etməyə qərar veribsə, deməli, bizə köməklərinin dəyəcəyinə əmindirlər. Sadəcə, onların uyğunlaşması üçün zaman lazımdır. Ondan sonra hər şey yaxşı olacaq.

- Komandada sizdən başqa hələ də hücumçu yoxdur. Məşqçilər sizə güvəndiyi üçün yeni oyunçu almır, ya buna ehtiyac var?
- Mən yeni hücumçunun gəlməsinin əleyhinə deyiləm. Əksinə, yeni hücumçunun gəlməsi rəqabəti daha da artırar.

- Avropa Liqasının birinci təsnifat mərhələsində Malta "Baltsan"ı ilə qarşılaşacaqsınız. Püşk sizin üçün uğurlu oldu?
- Avrokuboklara vəsiqə qazanan komandanı zəif saymaq olmaz. İstənilən halda bizə ciddi hazırlaşmaq lazımdır.

- Rəqib barədə nə bilirsiniz?
- Heç nə. Hələ oyunlarını da görməmişəm. Rəqib barədə lazım olan məlumatları Vəli Qasımov bizə söyləyəcək.

- "Neftçi"ni artıq növbəti mərhələdə hesab edənlər var. Sizə elə gəlmir ki, Malta klubunu keçə bilməsəniz, bu, biabırçılıq olacaq?
- "Neftçi"ni indidən növbəti mərhələdə hesab edənlər bərk yanılırlar. "Baltsan"la oyunlara ciddi hazırlaşmaq lazımdır. Növbəti mərhələyə keçmək istəyiriksə, işə ciddi yanaşmalıyıq.

- Vaxtilə millimizin heyətində Maltada oynamısınız. Deyilənə görə, yayda orada çox isti olur...
- Bəli, elədir. Malta isti ölkədir. Amma bu, hansısa uğursuzluğa bəraət qazandıra bilməz. Mərhələ adlamaq istəyiriksə, müsbət 50 dərəcədə də oynamalıyıq.

- Rəhbərlik avrokuboklarda qarşınıza hansı hədəfləri qoyub?
- Hələ bu barədə söhbət olmayıb, amma olacaq. Ötən mövsüm Çernoqoriya "Mladost"u ilə oyunda baş verənləri təkrarlamamaq üçün əlimizdən gələni etməliyik. Həmin oyunların nəticəsi bizim üçün dərs oldu. Azarkeşlərimizi, xalqı sevindirmək üçün əlimizdən gələni edəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.