22 iyun 2016 17:00
Nika Kvekveskiri: Qəbələ ilə qrup mərhələsində oynamaq istəyirəm
"Qəbələ"nin gürcü yarımmüdafiəçisi Nika Kvekveskiri ölkəsinin mətbuatına bu kluba keçidi barədə danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Avropa Liqasının qrup mərhələsində oynamaq istəyirəm. Bizi "Samtredia" ilə maraqlı oyunlar gözləyir. Bu komandanın baş məşqçisini yaxşı tanıyıram. Tsetsadze hücum futboluna üstünlük verir. "Qəbələ" də hücum etməyi sevir. Hansı mövqedə oynayacağam? Bizim iki taktiki sxemimiz var. Mənim harada oynamağım da taktikadan asılı olacaq. Komandamızın qarşısında yüksək hədəflər var. "Qəbələ" Azərbaycanın ən yaxşı klublarından biridir".
