22 iyun 2016 12:30
Kəpəz - Daçiya oyununun vaxtı dəqiqləşdi
Avropa Liqasının birinci təsnifat mərhələsində keçiriləcək "Kəpəz" - "Daçiya" oyununun başlama vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, görüş Gəncə klubunun təklifi və UEFA-nın qərarı ilə iyunun 28-də saat 20:00-da başlayacaq.
"Kəpəz" - "Daçiya" matçı isə bir həftə sonra Bakıda “Dalğa Arena”da keçiriləcək.
