22 iyun 2016 12:15
Kəpəzin rəqibi Zaryaya məğlub oldu
Avropa Liqasında "Kəpəz"in rəqibi olacaq Moldovanın "Daçiya" klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, kişinyovlular Ukrayna "Zarya"sı ilə qarşılaşıblar.
Matç 2:1 hesabı ilə "Zariya"nın xeyrinə yekunlaşıb. "Daçiya"nın yeganə qolunu komandaya yeni cəlb olunmuş Denis Kojanov vurub.
