22 iyun 2016 12:00

Dani Kintana: Əlimizdən gələni edəcəyik ki...

"Qarabağ"ın futbolçusu Dani Kintana hazırda Avstriyada davam edən təlim-məşq toplanışını dəyərləndirib. Azerisport.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi klub saytına açıqlamasında bunları dilə gətirib:

"Məşqlərimiz ağır keçir. 20 gündən çox müddətdə davam edəcək təlim-məşq toplanışına ehtiyacımız var idi. Bütün fikrimizi məşqlərə yönəltmişik. Daha çox fiziki və toplu çalışmalara üstünlük veririk və bir neçə yoxlama matçımız da var. Hər şey normal gedir.  Növbəti mövsümün hazırlığı üçün bu təlim-məşq toplanışını normal saymaq olar.

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Lüksemburqun “Düdelanj” komandasıyla qarşılaşacağıq. Düzünü desəm, rəqib haqda məlumatım yoxdur. Onların bəzi oyunlarına baxmalı və futbolçuları haqda daha çox məlumata sahib olmalıyıq. Bu mövsüm də Avropada əlimizdən gələnin ən yaxşısını etməyə və mərhələni keçməyə çalışacağıq. Avrokuboklarda oynamaq bizim üçün çox vacibdir.

Əminliklə deyə bilərəm ki, bizi çətin oyun gözləyir. Onlar həm ölkə çempionatının, həm də kubokun qalibidirsə, deməli, güclü rəqibdir. Bizim üçün çox çətin mərhələ olacaq, necə ki, keçən il bunu Monteneqro təmsilçisi "Rudar"la oyunda yaşadıq. Həm səfər, həm də evdə bizi ağır oyun gözləyir. Rəqibə hömətlə yanaşırıq. Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə yüksələk".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.