22 iyun 2016 11:45
Şehiç də Qarabağa qoşuldu
"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda hazırlığın beşinci gününə axşam məşqi ilə yekun vurub.
Yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 21:00) start götürən məşq meydançada baş tutub. Futbolçular toplu çalışmalarla kifayətlənib.
Bosniya və Herseqovina millisi ilə Kirin kubokunda iştirak edən qolkiper İbrahim Şehiç istirahətə gec yollandığından baş məşqçi Qurban Qurbanov ona əlavə bir neçə günlük icazə vermişdi. Şehiç dünən toplanışa qoşulub və komandayla birlikdə axşam məşqində iştirak edib.
