22 iyun 2016 11:30

Giya Çeçadze: Samtredia qrup mərhələsinə çıxmaq planları cızmır

Gürcüstanın "Samtredia" klubunun baş məşqçisi Giya Çeçadze Avropa Liqasının birinci təsnifat mərhələsində qarşılaşacaqları "Qəbələ" ilə oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında öncə bunları söyləyib:

"Qəbələ" barədə hələ ki, az məlumatımız var. Amma onların ötən mövsüm Avroliqanın qrup mərhələsində çıxış etdiyindən xəbərimiz var. Azərbaycan çempionatında üçüncü olublar. Fikrimcə, şanslar bərabərdir. Ona görə də növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

"Qəbələ" orta səviyyəli komandadır. Nə çox güclü, nə də çox zəif komanda deyil. Əlbəttə, "Qəbələ"dən zəif iki komanda ilə düşə bilərdik. Amma indi bütün komandalar futbol oynamağı bacarırlar, sonadək mübarizə aparırlar. Odur ki, bizə normal rəqibin düşdüyünü düşünürəm".

Baş məşqçi bir müddət öncə Albaniya "Kukesi"sinə qarşı keçirdikləri yoxlama oyunundan (4:0) da danışıb: "Həmin görüşdən razı qaldım. Amma "Qəbələ" ilə oyunda da belə uğurlu çıxış edib-etməyəcəyimizi deməkdə çətinlik çəkirəm. Azərbaycan klubu ilə oyuna qədər transferlərimiz olmayacaq və əlimizdəki heyətlə mübarizə aparmalı olacağıq".

"Samtredia"nın çalışdırıcısı planlarını da açıqlayıb: "Etiraf edim ki, biz qrup mərhələsinə çıxmağın planlarını qurmuruq. Çünki bu heyət cəmi bir ildir formalaşıb. Amma hər oyunda özümüzü yaxşı tərəfdən göstərməyə, azarkeşlərimizi sevindirməyə çalışacağıq".

(Worldsport.ge)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.