22 iyun 2016 10:30
Yığmamız Rusiya klubuna qalib gəldi
İyunun 10-dan etibarən təlim-məşq toplanışını Rusiyanın Rostov şəhərində davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, millimiz bu dəfə “Rostselmaş” klubunun U-19 komandası ilə qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib.
Komandamızın qollarını Kamran Quliyev, Xəqani Sadıxov, Murad Bağırov və Ərşad Xankişiyev vurub.
