22 iyun 2016 00:20
Asif Məmmədov: Samtredia hücum futbolu sərgiləyir
"Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədov Avropa Liqasının birinci təsnifat mərhələsində qarşılaşacaqları Gürcüstan "Samtredia"sı ilə oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Samtredia" son mövsümü ikinci yerdə bitirib. Deməli, güclü rəqibdir. Bizi bu komanda ilə çətin oyunlar gözləyir. Püşkatmadan dərhal sonra internetdə onlar haqda məlumat axtarmağa başladım. Doğrudan da yaxşı komandadır. Oyunlarına baxdım, hücum futbolu sərgiləyirlər. İstənilən halda, biz sonadək mübarizə aparacağıq ki, bu mövsüm də Gürcüstan təmsilçisini mübarizədən kənarlaşdıraq. Kimin qol vurmasının mənim üçün fərqi yoxdur. Əsas mərhələ adlamaqdır".
