21 iyun 2016 19:20

Kəpəzin gənc futbolçularının Ərzurum təəssüratları

“Kəpəz”in Türkiyə toplanışı bu gün sona çatıb. Azerisport.az xəbər verir ki, komanda 10 gün ərzində Ərzurumda Avropa Liqasına hazırlığın ilk mərhələsində iştirak edib.

“Sarı-göylər”in məşq prosesində əvəzedici heyətdən əsas komandaya cəlb olunan Fərid Məmmədov ilə Elcan Rəhimov da vardı. Klub saytı hər iki gənc futbolçunun Türkiyə toplanışı haqda fikirlərini öyrənib.  

Fərid Məmmədov: “Əsas komandaya dəvət aldığım üçün sevinirəm. Hər bir gəncəli futbolçunun arzusu “Kəpəz”də oynamaqdır. Ərzurumda özümü ən yaxşı tərəfdən məşqçilərə göstərməyə çalışdım. Hələ çox gəncəm, bununla belə istəkliyəm, oynamağa həvəsim var. Əlimdən nə gəlirsə, ondan artığını da etməyə hazıram. Baş məşqçimiz Şahin Diniyev gənclərə şans verən məşqçidir. Mənə bəslənən etimadları doğrultmağa çalışacağam. Bu mənada Türkiyə toplanışı yaxşı bir fürsət oldu”.

Elcan Rəhimov: “Komandanın tərkibində Türkiyəyə təlim-məşq toplanışına yollanmağım mənim üçün gözlənilməz oldu. Əvəzedici heyətdə bəzi oyunlarda yaxşı çıxış etmişdim. Ümid vardı ki, məni də əsas komandaya çağırarlar. Ötən mövsümün sonunda “Qəbələ” ilə ev oyununda “18-liy”ə düşməyim sürpriz olmuşdu. Ondan sonra yenidən əsas komandaya dəvət almağım sevindirici oldu. Toplanışda verilən bütün tapşırıqları səylə yerinə yetirməyə çalışdım. Əsas komandada yerimi möhkəmləndirmək üçün səylərimi davam etdirəcəyəm”. 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.