Şəhriyar Rəhimov: Gəncəni, Azərbaycanı layiqli təmsil etməyə çalışacağıq
"Kəpəz"in müdafiəçisi Şəhriyar Rəhimov Avropa Liqasının birinci təsnifat mərhələsində Moldova "Daçiya"sına rəqib olmalarını şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Püşkdə bəxtimizin nə dərəcədə gətirdiyini matçdan sonra demək olar. Düzdür, daha güclü rəqiblə də düşə bilərdik. Amma "Daçiya"nı asanlıqla keçəcəyimizi düşünsək, yanılmış olarıq. Gəncəni, Azərbaycanı layiqli təmsil etmək üçün əlimizdən gələni edəcəyik. Bakıda bizi dəstəkləməyə gələn hər kəsi sevindirməyə çalışacağıq. Əlbəttə, matç Gəncədə olsaydı, oradakı atmosfer tamamilə fərqli olardı. Amma nə etmək olar? Bizim stadion tələblərə cavab vermir. İnanıram ki, gəncəli azarkeşlər "Dalğa Arena"da da bizi yaxşı dəstəkləyəcəklər. İlk oyunu səfərdə keçirməyimiz daha yaxşı olardı. Lakin bütövlükdə bunun elə də ciddi fərqi yoxdur. İstənilən halda həm evdə, həm də səfərdə oynayacağıq".
