21 iyun 2016 17:00
Orxan Əliyev: Daçiyanı keçəcəyimizə inanıram
"Kəpəz"in yarımmüdafiəçisi Orxan Əliyev Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Daçiya"sına qarşı keçirəcəkləri ilk oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizə yaxşı rəqib düşüb. Amma asan olmayacağını bilirik. Meydana qələbə üçün çıxacağıq. Kimin favorit olduğunu söyləmək çətindir. Desəm ki, favorit bizik, "Daçiya" "Kəpəz"lə oyunlara daha ciddi hazırlaşar (gülür). "Daçiya" komandamız barədə ətraflı məlumata malik deyil. Çünki yeni komandayıq. Amma rəqibimiz avrokuboklarda dəfələrlə çıxış edib. İstənilən halda biz meydana qələbə üçün çıxacağıq və bu mərhələni keçəcəyimizə inanıram".
