21 iyun 2016 16:20
Balayev Almaniya, Hollandiya və Türkiyə klubları arasında seçim edir
Azərbaycan yığmasının qapıçısı Emil Balayev Almaniyanın "Ayntraxt" klubundan ayrılandan sonra hələ də yeni iş yerini müəyyənləşdirməyib. Azerisport.az xəbər verir ki, ona Almaniya, Hollandiya və Türkiyə klublarından təkliflər var.
Hazırda danışıqlar davam edir. Tezliklə Balayevin yeni komandasının adına aydınlıq gəlməlidir.
Qeyd edək ki, Balayevin sabiq klubu "Neftçi"yə qayıdacağı bildirilsə də, onun bu klubla danışıq aparması təkzib olunub.
