21 iyun 2016 16:00
Zaur Ramazanov: Ağabala İnterə mənim məsləhətimlə keçdi
Azərbaycan yığmasının sabiq hücumçusu Zaur Ramazanov bəyan edib ki, qardaşı Ağabalanın sərgilədiyi oyundan narazıdır. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Onun oyunu məni qane etmir. Ağabala daha da artırmalıdır. Onun nəyə qadir olduğunu yaxşı bilirəm. Görüşəndə ona necə ötürmə etmək, oynamaq lazım olduğunu ona başa salıram. Ağabala zəif futbolçu deyil. Sadəcə, maksimumunu göstərə bilmir. Potensialı olsa da, orta səviyyəli bir oyun göstərir. Ona həmişə deyirəm ki, 5-6 qol vuran kimi, dayanma. İndi Azərbaycan futbolu o səviyyədə deyil ki, 15 dəqiqəyə çoxlu qol vurasan. Mən böyükləri necə dinləyirdimsə, qardaşım da məni elə dinləyir. "İnter"ə də mənim məsləhətimlə keçdi".
