21 iyun 2016 15:15
Rail Məlikov da rəsmən Sumqayıtda
2016/2017 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" Futbol Klubu bu gün daha bir futbolçu ilə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, sumqayıtlılar son olaraq AZAL-da çıxış etmiş Rail Məlikovu heyətinə qatıb. Adıçəkilən futbolçu yeni klubu ilə 1 illik sazişə imza atıb.
Qeyd edək ki, Rail Məlikov karyerası ərzində "Bakı", "Neftçi", "Dənizlispor" və "Qəbələ"nin formasını geyinib. O, həmçinin 2004-2012-ci illər ərzində 40 dəfə Azərbaycan millisinin formasını geyinib.
