21 iyun 2016 14:15
Sumqayıt Vadim Abdullayevi də heyətinə qatdı
2016/2017 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" Futbol Klubu daha bir futbolçu ilə müqavilə imzalayıb. Azerisport.az xbər verir ki, sumqayıtlılar son olaraq "Qəbələ"də çıxış etmiş dayaq yarımmüdafiəçisi 1994-cü il təvəllüdlü Vadim Abdullayevi heyətinə qatıb. Adıçəkilən futbolçu 1 illik sazişə imza atıb.
Qeyd edək ki, Vadim Abdullayev əvvəllər "Bakı" və "Simurq"un heyətində də çıxış edib.
