21 iyun 2016 13:20
Kəpəz vətənə qayıdır
"Kəpəz" Türkiyənin Ərzurum şəhərindəki təlim-məşq toplanışını başa vurub. Azerisport.az xəbər verir ki, Gəncə klubu bu axşam Türkiyəni tərk edərək, Azərbaycana qayıdacaq.
Şahin Diniyevin komandası qısa istirahətdən sonra Avropa Liqasının birinci təsnifat mərhələsində qarşılaşacağı Moldova "Daçiya"sı ilə oyunların hazırlığına başlayacaq.
Qeyd edək ki, "Kəpəz"lə "Daçiya" arasındakı ilk oyun iyunun 28-də Bakıda, "Dalğa Arena"da keçiriləcək və saat 18:00-da start götürəcək.
