21 iyun 2016 13:00
Əmirquliyev: Azarkeşlərimizi ilk oyundaca sevindirməyə çalışacağıq
"Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Lüksemburq "Düdelanj"ı ilə düşmələrinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Rəqibimizi elə də yaxşı tanımırıq. Amma bir şey dəqiqdir ki, ilk oyun həmişə çətin olur. Onlar çempiondular, ölkə kubokuna da sahib çıxıblar. Bu, çox şeydən xəbər verir. Lüksemburq təmsilçisi ilə oyunlara ciddi hazırlaşacağıq. İlk oyun öz meydanımızdadır. Yaxşı nəticə qazanmağa çalışacağıq. Azarkeşlərimizi ilk oyundaca sevindirməyə çalışacağıq".
