21 iyun 2016 12:30
Kəpəz - Daçiya matçının başlama saatı
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Daçiya"sı ilə qarşılaşacaq "Kəpəz"in ilk oyununun başlama saatı açıqlanıb. Azerisport.az xəbər verir ki, Gəncə klubu bu rəqibi ilə iyunun 28-də Bakıda qarşılaşacaq.
"Dalğa Arena"da keçiriləcək oyun saat 18:00-da start götürəcək.
