21 iyun 2016 12:00

Vançe Şikov: İqor Mitreski məni əmin etdi ki, Neftçiyə keçməyə dəyər

Makedoniya yığmasının müdafiəçisi Vançe Şikov "Neftçi"yə transferi ilə əlaqədar azerispot.az saytının suallarını cavablandırıb.

- Bakı klubuna keçidinizlə bağlı nə deyə bilərsiniz?
- Fikrimcə, çox yaxşı komandaya keçdim. Müqavilə imzalamazdan öncə İqor Mitreski ilə də söhbətləşdim. O, məni əmin etdi ki, bu komandaya keçməyə dəyər. Artıq hazırlaşacağam və özümü göstərməyə çalışacağam.

- Neçə illik müqavilə bağladınız?
- Bir illik. Amma müddət daha bir il də uzadıla bilər.

- Mayda Avstriya toplanışı çərçivəsində keçirilən Azərbaycan - Makedoniya matçında siz də iştirak etmişdiniz. Sizi həmin oyunda gözaltı ediblər?
- Xeyr. Bakı klubu mənimlə həmin oyundan əvvəl maraqlanırd.

- "Neftçi"yə nə vaxt qoşulacaqsınız?
- Artıq bu gün məşqlərə başlayacağam.

- Yeni komandanız, Azərbaycan çempionatı barədə nə bilirsiniz?
- Hər ikisi barədə az məlumatım var. Düzdür, ümumi təsəvvürüm var. Bunu da vaxtilə Azərbaycanda oynamış futbolçulardan öyrənmişəm. Mənə "Neftçi"nin ölkənin ən böyük klublarından biri olduğunu söyləyiblər.

- Azərbaycan futbolunda maliyyə şərtləri getdikcə pisləşir. "Neftçi"nin təklif etdiyi məbləğ sizi qane edir?
- Bu barədə heç nə danışmaq istəmirəm. Müqavilə artıq imzalanıb.

- Komandanızı Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Malta "Baltsan"ı ilə oyun gözləyir. Rəqib barədə nə bilirsiniz?
- Heç nə bilmirəm. Bircə onu eşitmişəm ki, yaxşı bir futbolçu ilə müqavilə imzalayıblar.

- Rəqib barədə heç nə bilməmək onu qiymətləndirməməyə gətirib çıxarmayacaq ki?
- Buna imkan verməməliyik. Birinci mərhələni keçməliyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.