21 iyun 2016 00:15
Qarabağ - Düdelanj matçının başlama saatı məlum oldu
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ" Lüksemburq təmsilçisi "Düdelanj"la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, Ağdam klubu ilk oyununu azarkeşləri önündə keçirəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma 12 iyulda, saat 21:00-da start götürəcək.
Qeyd edək ki, tərəflər arasında cavab matçı bir həftə sonra, iyulun 19-da keçiriləcək.
