21 iyun 2016 00:05
Məsimov üçün Andorra klubu
Məlum olduğu kimi, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" bu mövsüm Sloveniyanı Avropa Liqasında təmsil edəcək. Azerisport.az xəbər verir ki, mübarizəyə ilk təsnifat mərhələsindən start verəcək bu komandanın da rəqibi müəyyənləşib.
Sözügedən klubu startda Andorra klubu ilə oyunlar gözləyir. Məsimovun komandası bu ölkənin "Lusitanos" klubu ilə qarşılaşacaq.
