20 iyun 2016 19:30
Yığmamız xatirə abidəsini ziyarət edib
Rusiyanın Rostov şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası ikinci dünya müharibəsi zamanı Rostov-na-Donu vilayətinin və Taqanroq şəhərinin düşməndən azad edilməsində böyük qəhrəmanlıq göstərmiş 130-cu və 416-cı milli atıcı diviziyasının döyüşçülərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Azerisport.az xəbər verir ki, yığmamız Taqanroq şəhər meriyasında təşkil edilmiş mərasimə də qatılıb.






