Neftçi afrikalılara məğlub oldu
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Neftçi” hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, "ağ-qaralar" Afrika klublarından seçilmiş futbolçulardan ibarət “SİBM Traning Center” klubu ilə qarşılaşıb.
“Neftçi”: Kamran İbrahimov, Jairo, Elvin Bədəlov, Ömər Buludov, Kamal Qurbanov, Murad Ağayev, Orxan Qurbanov, Cavid İmamverdiyev, Aqşin Qurbanlı, Araz Abdullayev, Eltun Yaqublu.
Ehtiyat oyunçular: Rahil Məmmədov, Edson Kastilyo, Rəhman Hacıyev, Elşən Abdullayev, Məgsəd İsayev.
Oyun başladı.
QOOOL! 1-ci dəqiqədə Araz Abdullayevin ötürməsindən sonra Aqşin Qurbanlı hesabı açdı! 1:0.
Oyunun 30-cu dəqiqəsində Araz Abdullayevin zərbəsindən sonra top qapı tirinə tuş gəldi.
İlk hissə başa çatdı.
İkinci hissə başladı. Jayro, Murad Ağayev, Orxan Qurbanlı, Cavid İmamverdiyev və Aqşin Qurbanlı meydanı tərk ediblər. Onların əvəzinə meydana Rahil Məmmədov, Edson Kastilyo, Rəhman Hacıyev, Elşən Abdullayev və Məgsəd İsayev daxil olublar.
Oyunun 57-ci dəqiqəsində rəqib hesabı bərabərləşdirir – 1:1.
Oyunun (1:1) 71-ci dəqiqəsində Araz Abdullayevin əvəzinə meydana Aqşin Qurbanlı daxil oldu.
Oyunun 83-cü dəqiqəsində rəqib hesabda önə keçdi – 1:2.
Matç başa çatdı
