20 iyun 2016 19:10

Şahin Diniyev: Azərbaycanı layiqincə təmsil etməyə çalışacağıq

Hazırda komanda ilə Ərzurumda təlim-məşq toplanışında olan “Kəpəz”in baş məşqçisi Şahin Diniyev UEFA Avropa Liqasının püşkatması ilə bağlı fikilərini bölüşüb. Azerisport.az xəbər verir ki, çalışdırıcı I təsnifat mərhələsində komandanın rəqibi olan “Daçiya” ilə qarşıdakı oyunlar haqda danışıb:

“Səbətdə ən zəif biz idik, yeni komandayıq. UEFA-da asan oyun və ya zəif rəqib yoxdur. “Daçiya” haqda məlumat toplamışam. Çempion olan “Şerif”ə ciddi müqavimət göstərib. 27 oyundan cəmi 2-sində uduzublar. Bu nəticə onların gücündən xəbər verir. Bizi 2 çətin oyun gözləyir. Azərbaycanı layiqincə təmsil etməyə çalışacağıq. Şanslarımız rəqibdən üstün deyil, deyərdim ki, hətta Moldova klubu bizdən üstün görünür. Düzdü, mən istəmirdim ki, Avstriya, Polşa və Slovakiya komandaları ilə düşək. Amma bu o demək deyil ki, “Daçiya” onlardan zəifdir, xeyr. Onu da söyləyim ki, moldovalılar dişimizə uyğun rəqibdir, onlarla mübarizə aparmaq olar. Amma qalib gəlmək üçün çox çalışmaq lazımdır, çünki çox ciddi rəqibdirlər”.
 
Moldova futbolu Şahin Diniyevə yaxşı tanışdır. O, futbolçu kimi bu ölkənin “Nistru” komandasında çıxış edib: “1989/1990 mövsümündə Moldovada oynamışam. Ora ilə bağlı xoş xatirələrim qalıb, yaxşı günlərim olub. Özümə üçüncü vətən saydığım Moldovaya bu dəfə məşqçi kimi gedəcəyəm. Mənim üçün xoş səfər olacaq. Oradakı futbolçu dostlarımı, məşqçilərimi yəqin ki, yenidən görə biləcəyəm. Ötən günləri yada salıb, təbii ki, futboldan danışacağıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.